Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada baş verən atışmada iki nəfər öldü

Kanadada silahlı insident baş verib.

“Report” “CBC”yə istinadən xəbər verir ki, hadisə Okvill şəhərində qeydə alınıb.

Belə ki, gecə saatlarında internet rabitə xidmətləri göstərən şirkət binasının qarşısında yerləşən dayanacaqların birində silah səsləri eşidilib.

Hadisə yerinə gələn polislər bir nəfərin meyitini aşkar ediblər.

Xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Ölən və yaralananların adları açıqlanmır. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib. Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »