Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sahibkarların hüquqları pozulur”

““Binə” və “Sədərək” ticarət mərtkəzlərində işləyən sahibkarlar yüksək qiymətə mağaza alsalar da, onların mülkiyyət hüququ olmur. Onlardan nəinki işlətdiyi dükanın icarə haqqını, o cümlədən işlətdiyi internetin, elektrik enerjisinin, hətta küçədə qoyulan şlaqbaumun və ayaq yolunun da pullarını alırlar”.

Bizimyol.info xəbər verir ki, deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı belə deyib. “Adı çəkilən ticarət mərkəzlərinə sahibkarla fəaliyyyət göstəsə də, oradakı dükanlar, obyektlər sahibkarların şəxsi mülkiyyəti deyil, icarə qaydasında işlədilir. İş adamlarında 50 kv.metr sahə üçün 1250 manat icarəhaqqı alınır. Bu ticarət mərkəzlərində 30 mindək insan şalışır və onlaırn hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir”.

Fazil Mustafa Fazil Mustafa

Deputat əlavə edib ki, bu gün sahibkarların fəaliyyətinə daha geniş imkanlar yaradılmalıdır. “Çünki yeni iş yerlərinin açılması sahibkarların fəaliyyətindən asılıdır. Onlara şərait yaradılarsa yeni iş yerləri açılar və insanların büdcədən asılılığı da azalar”.

Digər qeyd edib ki, digər məqam isə sahibkarların məhkmələrdə üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlıdır. “Təsəvvür edin, bu gün Azərbaycanda məhkəmələrdə çıxarılan qərarların əksəriyyəti insanların azadlıqedan mnəhrumetmə ilə bağlıdır. 2017-ci ilin göstəricilərinə görə, Azərbaycanda məhkəmlərin çıxardığı 54.8 hökm azadlıqdan məhrumetmədir. Digər ölkələrlə müqayisədə bu, mox yüksəkdir. Bu göstərir ki, nə qədər amnistiya, əfv fərmanları olsa da həbsxanalar boşalmır ki, boşalmır. Bu gün sahibkarların ən çox əziyyət çəkdiyi dələduzluqla bağlıdır. Ancaq məhkəmlərdə bununla bağlı ciddi işlər görülmür. Elə etməliyik ki, məhkəmələrdə sahibkarların hüquqları müdafiə olunsun.

"Sədərək" Ticarət Mərkəzi "Sədərək" Ticarət Mərkəzi

Bu olmadığına görə də bəzi radikal qüvvələr problemləri dilə gətirib öz məqsədləri üçün istifadə edirlər”- deputat bildirib.

Spiker Oqtay Əsədov bildirib ki, sahibkarlıqla bağlı islahatlar aparılır: “Bu qədər iş görülür, amma 7 dəqiqəlik çıxışınızda bir dənə müsbət fikir söyləmədiniz. Ancaq tənqid edirsiniz”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »