Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.
DTX-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu ənənəvi yürüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunub.
Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək, təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıblar:
"Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər".
Bizimyol.info