Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: İsrail Beynəlxalq Məhkəmənin dayandırılmasını tələb etdiyi hücumları davam etdirir
Borrell: İsrail Beynəlxalq Məhkəmənin dayandırılmasını tələb etdiyi hücumları davam etdirir

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailə qarşı yeni ehtiyat qərarlarının yerinə yetirilməli olduğunu, lakin İsrailin dayandırılması tələb edilən hücumları davam etdirdiyini söyləyib.

Bizimyol.info xəbər verir ki, Borrell, Brüsseldə keçirilən Aİ xarici işlər nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib.

BCM-nin baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahuya qarşı həbs orderi verilməsi ilə bağlı müraciətinə toxunan Borrell: “Biz Beynəlxalq Cinayət Məhkəməsinin işinə hörmətlə yanaşmalı və məhkəmənin hədə-qorxu olmadan bu təşəbbüslə bağlı nə düşündüyünə qərar verməsini təmin etməliyik. Təəssüf ki, belə deyil. Məhkəməyə qarşı münasibət qorxudulur və Netanyahu hökumətinin bəyənmədiyi bir şey edən hər kəs kimi antisemitizmdə ittiham olunur. BCM prokuroruna qarşı antisemitizm ittihamı qətiyyən qəbuledilməzdir”, - deyə qeyd edib.

Mayın 24-də BMC-nin verdiyi yeni əmr qərarlarına toxunan Borrell: “Burada yenə də məhkəmə qərarının icrasını təmin etmək deyil, həm də hörmət etmək lazımdır. Təəssüf ki, İsrailin dayandırılması tələb olunan hərbi əməliyyatı davam etdirdiyini görürük. Təəssüf ki, qaçqın düşərgəsinə edilən son hücumda 30-dan çox insan həyatını itirib. Bu, həqiqətən də dilemmadır”, - deyən Borrell qeyd edib ki, bu məsələ bu gün Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Mayın 24-də BCM yeni qərarlarında İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımın qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya daxil olmasına icazə verməli olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »