Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb
Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə müxalifətin “Srbazan paykar” (“Müqəddəs mübarizə”) rəsmi teleqram kanalı məlumat yayıb.

Xüsusilə də yayılan videomateriallardan aydın olur ki, fəallar Əştərək şəhərinin keçən İrana gedən dövlətlərarası avtomobil yolunun bir hissəsini bağlayıblar, İrəvanda isə küçələrib bağlanması ilə bağlı xəbərlər yayılıb.

Polisin İrəvanın mərkəzində Abovyan küçəsini bağlamağa cəhd edən onlarla etiraz aksiyası iştirakçısını saxladığı bildirilir.

Arxiyepiskopun rəhbərlik etdiyi müxalifət hərəkatı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »