Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Fransalı nazirin Azərbaycanı “diktatura” adlandırması cavabsız qalmayacaq
XİN: Fransalı nazirin Azərbaycanı “diktatura” adlandırması cavabsız qalmayacaq

16 may tarixində Fransanın daxili işlər naziri Jerald Darmanan Azərbaycanı “diktatura” adlandırdıqdan sonra, Fransa tərəfindən bu açıqlamaya görə üzr istənilməsi tələb olunmuşdu. İndiyə qədər bu tələb ilə bağlı Fransa hər hansı bir addım atıb.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsini ilə bağlı ölkə mətbuatına açıqlama verib.

"Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta "Le Point" və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir", - deyə Hacızadə qeyd edib.

XİN nümayəndəsi bildirib ki, bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Hacızadə deyib ki, buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.

"Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", - deyə mətbuat katibi qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »