Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu müharibəni dayandırmaqdan imtina edir
Netanyahu müharibəni dayandırmaqdan imtina edir

İsrailin baş naziri Binyamin Netanyahunun 8 aydır davam edən müharibəni dayandırmaqdan və Qəzzadan çəkilməkdən imtina etdiyi bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, baş nazirlikdən edilən yazılı açıqlamada Netanyahunun Qəzzada israilli məhbusların xilas edilməsi üçün danışıqlar aparan heyətə dəfələrlə geniş səlahiyyətlər verdiyi bildirilib.

Açıqlamada HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın müharibənin bitməsi və HƏMAS-ın olduğu kimi qalması üçün İsrail ordusunun Qəzzadan çəkilməsini tələb etdiyi, lakin Netanyahunun bunu rədd etdiyi bildirilib.

İsrail dövlət televiziyası "KAN"ın məlumatına görə, Netanyahu Hərbi Nazirlər Kabinetinin "Həmas ilə əsir mübadiləsi razılaşması və Qəzzada müharibənin davam etdirilməsi" ilə bağlı keçirdiyi iclasdan əvvəl müharibənin dayandırılmasına qarşı olduğunu bildirib.

Qeyd edək ki, İsrail mayın 25-də HƏMAS ilə əsir mübadiləsi və atəşkəs danışıqlarının növbəti həftə yenidən başlayacağı barədə məlumat verib, lakin HƏMAS vasitəçilərdən danışıqların gələn həftə başlayacağına dair məlumat almadıqlarını açıqlayıb.

Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »