Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Ukrayna haqqında: "Sülh kapitulyasiya deyil"
Makron Ukrayna haqqında: "Sülh kapitulyasiya deyil"

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı müdafiədə Ukraynaya dəstəyin zəiflədilməsi ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, "Tagesschau"nunverdiyi məlumata görə, bu barədə Makron Berlində Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerlə söhbətindən sonra bildirib.

“Bu gün sülhün tərəfində olmaq qanuna güc vermək deməkdir. Sülh təslim olmaq deyil. Sülh prinsiplərdən imtina deyil. Sülh bir ölkənin öz sərhədlərini və suverenliyini qorumasına imkan vermək deməkdir”, - deyə o qeyd edib.

Bununla yanaşı, Ştaynmayer də vurğulayıb ki, Ukraynaya yardım zəifləməməlidir. Bazar günü səhər kansler Olaf Şolz qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin “imperialist xəyalları” üçün hər ay 24 min rus əsgərinin ölməsinə və ya ağır yaralanmasına hazırdır.

Ukrayna mətbutının verdiyi məlumata görə, Olimpiya Oyunları iyulun 26-da Fransada başlayacaq. Makron uzun müddətdir ki, atəşkəsə nail olmaq üçün təkid edir, onun sözlərinə görə, bu, Olimpiya Oyunlarına ev sahibliyi etmək ənənəsinin bir hissəsidir.

Eyni zamanda həm Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs təklifini rədd ediblər. Xüsusilə, Putin bildirib ki, Rusiya Paris Olimpiadasında iştirakdan kənarlaşdırıldığı üçün Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərinə əməl etməyə borclu deyil. Öz növbəsində, Zelenski hesab edir ki, mümkün atəşkəs Moskvaya üstünlük verəcək, ona qoşunları və artilleriyanı köçürmək üçün vaxt verəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »