Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda 200-ə yaxın etirazçı saxlanılıb - Video
İrəvanda 200-ə yaxın etirazçı saxlanılıb - Video

İrəvan polisi 196 etiraz aksiyası iştirakçısını saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı polisin mətbuat xidməti mayın 27-si saat 09:50-yə olan məlumata istinadən xəbər verib.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistralları, rayonlararası yolları və küçələri bağlayıblar.

Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Yerevanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlaması ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. Paninyan və hakim partiya nümayəndələri arxiyepiskop hərəkətlərini qeyri-qanuni hesab edir və Baqratın Rusiya tərəfindən maliyyələşdirilməsi barədə eyhamlı açıqlamalar verirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »