Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya Yaponiyaya peyk buraxmaq planları barədə xəbərdarlıq edib
Şimali Koreya Yaponiyaya peyk buraxmaq planları barədə xəbərdarlıq edib

Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 4-dək peyki buraxmaq planları barədə xəbərdar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, peyk daşıyan raketin buraxılışı Şərqi Çin dənizi və Filippinin Luzon adası istiqamətində həyata keçiriləcək. Raket pillələrinin düşəcəyi gözlənilən ərazilər Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.

Sahil Mühafizəsi də gəmilərə xəbərdarlıq edərək, bu ərazilərdən keçərkən diqqətli olmağa çağırıb.

21 noyabr 2023-cü ildə Koreya Xalq Demokratik Respublikası (KXDR) iki uğursuz cəhddən sonra özünün ilk kəşfiyyat peyki "Mulligyong-1"i orbitə buraxıb. Bundan sonra Pxenyanın 2024-cü ildə daha üç peyk buraxacağı barədə söz verdiyi bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »