Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: “Amerikanın Ukraynaya yeni yardımı ABŞ-a investisiya olacaq”
Blinken: “Amerikanın Ukraynaya yeni yardımı ABŞ-a investisiya olacaq”

“Amerika Birləşmiş Ştatlarının Ukraynaya yeni yardımı ABŞ-a investisiya olaraq qalacaq”.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Makkeyn İnstitutunun Sedona (Arizona) ştatında keçirdiyi forumda çıxışı zamanı deyib.

“Yatırdığımız yeni pulların demək olar ki, hamısı ABŞ-da, yəni sənaye bazamızda qalır. ABŞ-da xeyli iş yerləri vəsaitlə təmin edirlər. Eyni zamanda, biz Ukraynaya da kömək edə bilirik”, - deyə Blinken qeyd edib.

Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukraynaya ümumi dəyəri 61 milyard dollar olan silah tədarükünün bərpasına dair ABŞ Konqresinin təsdiq etdiyi qanun layihəsini imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin də vurğuladığı kimi, Kiyevə hərbi yardımın göstərilməsi Ukraynadakı münaqişənin həllini yalnız çətinləşdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »