Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşayış minimumu 235, minimum əməkhaqqı 350 manat olan ölkədə 200 manat aliment tələb edilir...
Yaşayış minimumu 235, minimum əməkhaqqı 350 manat olan ölkədə 200 manat aliment tələb edilir...

Statistika göstərir ki, Azərbaycanda boşanma hallarının sayı artan qrafik üzrə çoxalır. Bəzən olur ki, cütlüklərin evliliyi heç bir ilini doldurmur ki, ayrılırlar. Uzun müddətli evliliklərdən sonra boşanma olursa və əgər uşaq varsa, qadın tərəf kişidən aliment tələb edir. Azərbaycanda minimum əməkhaqqı 350 manat, hətta bəzi iş yerlərində ondan daha aşağıdır. Buna rəğmən, məhkəmələr aliment olaraq, kişidən 200 manatdan yuxarı məbləğ tələb edirlər. Bu ödəniş baş tutmadıqda, kişini həbs gözləyir. Minimum əməkhaqqı 350 manat, yaşayış minimumu isə 200 manat civarında təyin olunmuş bir ölkədə birtərəfli qaydada pul tələb etmək, hətta buna görə həbs qərarı vermək nə dərəcədə vicdanlı və qanuni yanaşmadır?

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının mövzu ilə əlaqədar suallarını cavablayıb.

Əkrəm Həsənov Əkrəm Həsənov

"Qanunvericilikdə alimentlə bağlı konkret məbləğ yoxdur. Aliment iki formada təyin edilə bilər: ya aliment verənin aylıq gəlirinin müəyyən hissəsi və ya uşaqların sayından asılı olaraq, üçdə bir/iki hissəsi ola bilər. Ya da sabit məbləğ. Sabit məbləği isə adətən qadınlar tələb edir. O zaman tələb edirdilər ki, kişinin daimi iş yeri yoxdur. Çünki sabit məbləği olmadan kişidən əməkhaqqının müəyyən faizini tələb etməyin mənası yoxdur. Çünki heç nə vermyəcək, deyəcək ki, "gəlirim yoxdur". Buna görə də qadın bu halda tələb edir ki, sabit məbləğ tələb olunsun. Sabit məbləğ də adətən yaşayış minimumuna uyğun təyin olunur.

Bildiyimiz kimi, yaşayış minimumu hər il yeni rəqəmlərlə təyin olunur. Bu, uşaqlar üçün də ayrıdır. Həmin məbləğ 2024-cü ildən 235 manatdır. Adətən, buna uyğun da müəyyən olunur. Bu qərar düzdür, ya düz deyil, kifayət edirmi, ya etmirmi - bu da artıq həmin müvafiq qanuna olan tələbdən irəli gəlir. Məsələ ondadır ki, məhkəmələr həmin qanuna görə də qərar qəbul edir. Burada da suallar çoxdur. Bəziləri haqlı olaraq soruşur ki, nə üçün uşağın yaşayış minimumunu ancaq kişi ödəməlidir? Sual məntiqlidir. Bu, o demək deyil ki, uşağın maddi durumunu yalnız kişi ödəməlidir. Qadın heç nə verməli deyil? Səbəb nədir? Bəziləri deyir ki, uşağın minimum ödənişinin əlli faizini kişi, əlli faizini də qadın verməlidir. Amma məhkəmələrimiz bu yanaşmanı rəhbər tutmur, bütün pulu kişidən tələb edirlər.

Məsələnin ikinci tərəfi də odur ki, əgər kişi işləmirsə, gəliri yoxdursa, o pulu verə bilmirsə, onsuz da verməyəcək. Düzdür, bizdə buna görə bəzən həbs də edirlər. Amma mən o həbsləri qanunsuz sayıram. Yoxudur, vermir. Hardan verməlidir ki?" - deyə, hüquqşünas əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »