Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisi aksiyasında polis hərəkətə keçib, çoxsaylı saxlanılan var
Tbilisi aksiyasında polis hərəkətə keçib, çoxsaylı saxlanılan var

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada gərginlik artmaqda davam edir.

Polis etirazçılara müdaxilə edərək gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar polisə su şüşələri və müxtəlif vasitələr ataraq qarşılıq verdi.

Çox sayda saxlanılan var.

Ətraf küçələrə dağılışan etirazçılar yenidən parlamentin qarşısına toplanırlar

***

22:12

Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib.

Parlament binasının arxa girişini tutan aksiyaçılar polis kordonunu yarmağa çalışıblar.

Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan bəzilərini saxlayıb.

Ərazidə vəziyyət gərgin olaraq qalır. Bir qrup aksiyaçı parlament binasından hökumət administrasiyasına yürüş edərək İnqoroqva küçəsini bağlayıb.

Ölkənin Daxili İşlər Nazirliyi etirazçılara müraciət edərək qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.

***

21:28

Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada vəziyyət gərginləşib, polislə vətəndaşlar arasında qarşıdurma baş verib.

Etiraçılar polisə su şüşələri atıblar. Aksiyaçılar "qullar" şüarı səsləndirirlər.

Hazırda minlərlə etirazçı parlamentin girişlərini tutmağa çalışır. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »