Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İt də getdi, ip də... Bank rüsumunu "heyvan"la ödəmək istəyən şəxsin bayquşunu əlindən aldılar
İt də getdi, ip də... Bank rüsumunu "heyvan"la ödəmək istəyən şəxsin bayquşunu əlindən aldılar

Cənubi Afrikanın Gauteng əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov kimi istifadə etmək istəyib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, “Times Live” saytının məlumatına görə, Gauteng əyalətinin Uestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin tələbi işçiləri təəccübləndirib.

Bank hesabı açmaq istəyən adı açıqlanmayan müştəri hesabın açılması üçün pul əvəzinə öz bayquşunu verməyə çalışıb. Tələbdən təəccüblənən bank işçiləri müştərinin tələbini rədd edərək, yalnız qanuni ödəniş üsullarını qəbul edə biləcəklərini bildiriblər.

Bank rəsmiləri bildiriblər ki, bu hadisədən sonra onlar Quşların Xilasetmə Mərkəzinə məlumat veriblər və bayquş sahibindən alınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »