Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST rəhbəri İsrailin Rəfahdakı əməliyyatının humanitar fəlakət olacağını bildirib
ÜST rəhbəri İsrailin Rəfahdakı əməliyyatının humanitar fəlakət olacağını bildirib

"İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərində keçirdiyi hərbi əməliyyat humanitar fəlakətə səbəb olacaq".

Bizimyol.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Rəfahın genişmiqyaslı işğalı humanitar fəlakətə səbəb olacaq”, - deyə o, "X" sosial platformasındakı səhifəsində yazıb. ÜST rəhbəri həmçinin münaqişə tərəflərini atəşi dayandırmağa və “daimi sülh” bərqərar etməyə çağırıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə hücumu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.

İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda başlayan quru əməliyyatı hələ də davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »