Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA yerdən kənar həyatın mümkün ilk nümunələrini yer üzünə gətirmək üçün dəstək axtarır
NASA yerdən kənar həyatın mümkün ilk nümunələrini yer üzünə gətirmək üçün dəstək axtarır

Yerdənkənar həyatın ilk nümunələri NASA-nın "Perseverance Mars cihazı" tərəfindən toplanmış nümunələr arasında tapılmış ola bilər.

Bizimyol.info xəbər verir ki, NASA indi bu nümunələri Yerə gətirmək üçün dəstək istəyir.

Uzun illərdir ki, planetimizdən kənarda həyatın olub-olmadığını və əgər varsa, bu həyatın harada yerləşdiyini öyrənmək üçün araşdırmalar aparılır. NASA qırmızı planet Marsda həyatın izlərini tapmış ola bilər. Bu nümunələri Yerə gətirmək üçün yeni plana ehtiyac var.

Daha əvvəl "Perseverance" vasitəsini Marsın Jezero kraterinə 2,4 milyard dollara endirən NASA, vasitənin tapdığı nümunələri Yerə gətirməyi planlaşdırmışdı. Bu bölgədə keçmişdə bir gölün olduğu və burada Marsda mikroskopik həyatın izlərinə rast gəlindiyi bildirilib. Həyat izlərini tapmaq üçün uzun müddətdir daş və torpaq nümunələri toplayan cihaz 24 nümunə toplayıb.

Normal şəraitdə NASA-nın bu nümunələri necə geri qaytaracağı ilə bağlı planı var, lakin bu plan heç də mükəmməl və tam etbarlı deyil. İlkin planda nümunələrin planetimizə gətirilməsi 11 milyard dollara başa gələcəkdi. Üstəlik, bu nümunələri geri qaytarmaq üçün təxminən 20 il vaxt lazımdır. Buna görə də bu plan açıq saxlanılıb.

NASA indi özəl sektorda fəaliyyət göstərən şirkətlərdən alternativ həllər hazırlamağı xahiş edir. Mövzu ilə bağlı açıqlama verən NASA-nın Elm Missiyasının direktoru Nicola Fox: "Nümunələri dünyaya qaytarmaq üçün qeyri-ənənəvi və xərcləri azaldan imkanlar axtarırıq. Bu, əlbəttə ki, çox iddialı bir məqsəddir. Biz mütləq çox innovativ yeni dizayn imkanlarını təqib etməliyik və heç bir məhdudiyyət qoymamalıyıq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »