Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya XİN: İsrail seçdiyi kursa görə müttəfiq dəstəyini itirir
Avstraliya XİN: İsrail seçdiyi kursa görə müttəfiq dəstəyini itirir

Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, İsrail seçdiyi kurs və Qəzza zolağında hərbi əməliyyatları davam etdirdiyi üçün beynəlxalq dəstəyi itirir.

Bizimyol.info xəbər verir ki, nazir "ABC" radiosunun efirində müvafiq bəyanatla çıxış edib.

Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, İsrail öz hərəkətləri və bu ölkə hökumətinin seçdiyi kurs nəticəsində tərəfdaş və müttəfiqlərin dəstəyini itirir: “Biz görürük ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası humanitar atəşkəsə çağırıb və daimi üzvlərdən heç biri bu qərara veto qoymayıb. Bu, beynəlxalq strukturların və təşkilatların İsrailə göndərə biləcəyi ən aydın siqnaldır”, - deyən Vonq BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymamaq qərarının yəhudi dövlətinin nüfuzuna mənfi təsir etdiyini qeyd edib.

Bununla belə, nazir qeyd edib ki, Avstraliya hökuməti İsrail diplomatlarını ölkədən çıxarmaq və ya İsrailə qarşı hər hansı sanksiya tətbiq etməyi düşünmür: “Biz sanksiyaları nəzərdən keçirməyəcəyik və bir çox ölkələr kimi İsraillə diplomatik əlaqələri davam etdirəcəyik, çünki bu, bizim üçün vacib olan məsələlərlə bağlı fikirlərimizi bildirmək imkanı verir”, - deyə qeyd edib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail isə Qəzzanı tam blokadaya aldığını elan edərək zolağa, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »