Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın "Microsoft" şirkəti polisə üz tanıma sistemindən istifadəni qadağan edib
ABŞ-ın "Microsoft" şirkəti polisə üz tanıma sistemindən istifadəni qadağan edib

ABŞ-ın "Microsoft" şirkəti polisə "Azure" xidmətində üz tanıma texnologiyasından istifadə etməyi qadağan edib. Xidmət bu qərarı artıq uzun müddətdir müzakirə edir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Microsoft", artıq ABŞ polisi ilə qarşıdurmaya səbəb ola biləcək qərar qəbul edib. Nəhəng şirkət polis tərəfindən "Azure" tərəfindən təklif edilən süni intellektlə dəstəklənən üz tanıma sistemindən istifadəni qadağan edib.

"Azure" həmçinin "OpenAI" tərəfindən hazırlanmış təsvir analizi modelləri ilə inteqrasiya dəstəyinə malikdir. "Microsoft"un qərarında bu modellərin də yer alacağı bildirilib. Beləliklə, ABŞ polisinin real vaxt rejimində identifikasiyaya imkan verən texnologiyaya çıxışı kəsilib.

Bəs niyə "Microsoft" belə bir qərar verdi? Heç kim bilmir...

"Microsoft" şirkəti  qərarının səbəbi ilə bağlı dəqiq izahat verməyib. Lakin bu məsələdə yəqin ki, vacib məqamlar var. Açığını deyək ki, "Microsoft"un üz tanıma texnologiyası keçən ildən bəri mübahisələrin mərkəzindədir. O qədər ki, belə texnologiyaların şəxsi məxfiliyi təhlükə altına qoyduğu düşünülürdü. Onu da unutmaq olmaz ki, süni intellekt texnologiyaları hələ tam dəqiq nəticələr verə bilmir. Bununla belə, onu da qeyd etməliyik ki, bəzi ölkələr sonda süni intellektlə dəstəklənən polis avadanlıqlarından istifadə edəcəklər. Məsələn, Fransa polisi 2024-cü il Paris Olimpiadası çərçivəsində süni intellekt tərəfindən dəstəklənən müşahidə avadanlıqlarını sınaqdan keçirməyə başlayıb. Bu cür texnologiyaların nə dərəcədə effektiv olacağını yaxın aylarda daha yaxşı anlayacağıq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »