Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün plan hazırlayıb - "Teleqraf"
Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün plan hazırlayıb - "Teleqraf"

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sülh yolu ilə dayandırmaq üçün müfəssəl plan hazırlayıb, lakin seçkilərdən sonra bunu elan etməyəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü “The Daily Telegraph” qəzeti Ağ Evə qayıtmağa cəhd etmək niyyətində olan siyasətçiyə yaxın olan adı açıqlanmayan mənbəyə istinadən yazıb.

"Bir plan var, ancaq bu, sosial şəbəkələrdə müzakirə olunmayacaq, çünki o zaman bütün rıçaqları itirər", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, bunun əvəzinə Tramp münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan seçicilərin səsini qazanmağa çalışaraq münaqişəni dayandıra biləcəyi ilə bağlı sadə mesaja diqqət yetirəcək. “O, qırğını dayandırmaq istəyir. Bu, əsas devizdir: "Tramp qırğını dayandıracaq" bamper stikeridir”, - deyə mənbə tərəfdarlarının avtomobillərini bəzədiyi namizədlərin siyasi şüarları olan stikerlərə istinad edərək əlavə edib.

Aprelin sonunda “Time” jurnalına müsahibəsində Tramp seçiləcəyi təqdirdə, Avropa da vəsait ayırmasa, Ukraynaya yardım etməyəcəyini bildirib.

Rusiya dəfələrlə Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı müxtəlif səviyyələrdə öz mövqeyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bir qədər əvvəl qeyd edib ki, Moskva böhranın diplomatik yolla həllinə həmişə açıq olub və bu mövqeyində qalır. "Həqiqətən ciddi təkliflərə cavab verməyə hazırdır, eyni zamanda təəssüflə bildiririk ki, Kiyev rejimi Rusiya ilə danışıqları dayandırıb və bunu rəsmən qadağan edib", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »