Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Eurovision"da Fələstinlə bağlı qadağa
"Eurovision"da Fələstinlə bağlı qadağa

Bildirilib ki, bu il mayın 11-də İsveçdə keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində tamaşaçılar Fələstin bayrağı ilə konsert sahəsinə daxil ola bilməyəcəklər.

Bizimyol.info xəbər verir ki, bu bəyanatla çıxış edən Avropa Yayım Birliyi (AYB) mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla daxil olmağın qadağan edildiyini açıqlayıb.

Qəzzaya edilən hücumlardan sonra beynəlxalq ictimaiyyət və musiqisevərlər İsrailin mahnı yarışmasına qadağa qoyulması lazım olduğunu iddia edirdilər və AYB İsrail üçün Ukraynanı işğal edən ruslara verdiyi qadağa qərarını verə bilməzdi.

Digər tərəfdən, İsrailin mahnı seçimi də müzakirə mövzusu olub. AYB İsrailin "Oktyabr Yağışı (October Rain)" mahnısının sözlərinin "siyasi neytrallıq" qaydasını pozduğunu əsas gətirərək mahnını müsabiqədə səsləndirilməsinə qadağa qoyub, daha sonra İsrail rəsmilərinin müdaxiləsi ilə mahnının sözləri dəyişdirilib və qəbul edilib. Oxşar qadağa İsrailin ev sahibliyi etdiyi 2019 Avroviziya Mahnı Müsabiqəsində də tətbiq edilib, lakin İslandiyanı təmsil edən "Hatari" musiqi qrupunun üzvləri Fələstin bayrağını açaraq İsrailə etiraz etmişdilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »