Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: ABŞ HƏMAS-dan atəşkəs təklifinə müsbət cavab gözləyir
Blinken: ABŞ HƏMAS-dan atəşkəs təklifinə müsbət cavab gözləyir

ABŞ Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Arizona ştatının Sedona şəhərində Makkeyn İnstitutunun keçirdiyi forumda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Hazırda baş verə biləcək ən yaxşı şey HƏMAS-ın araşdırdığı razılığa gəlmək, atəşkəs əldə etmək və girovların azad edilməsidir. Həmasdan cavab gözləyirik, gözləyirik ki, atəşkəs və girovların azad edilməsinə “hə” deyəcəklərmi?”, - deyib.

Blinkenin sözlərinə görə, “indi reallıq budur ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey Həmasdır”.

Qəzza zolağının Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən danışan dövlət katibi vurğulayıb: “İsrailin əhalini qorumaq üçün belə bir planı olmasa, biz yəhudi dövlətinin Rəfahda genişmiqyaslı hərbi əməliyyatını dəstəkləyə bilmərik, çünki onun vuracağı zərər məqbul olandan artıq olacaq”.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Vaşinqton administrasiyası Qətər hakimiyyətinə HƏMAS liderlərini hərəkat atəşkəs razılaşmasından imtina etməyə davam edərsə, ölkələrindən qovmağı tövsiyə edib. Nəşrin mənbələrinin bildirdiyinə görə, Blinken bu mesajı Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşdə verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »