Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayramda yığılan çəkidən qurtulmağın vaxtıdır... Tətildə "qazanılan" çəkini necə "itirmək" olar?
Bayramda yığılan çəkidən qurtulmağın vaxtıdır... Tətildə "qazanılan" çəkini necə "itirmək" olar?

Uzun tətil müddəti ilə birgə Novruz bayramı bitdi. Bayramda aldığınız kiloları "itirmək" üçün yəqin ki, arıqlama üsulları barədə düşünürsünüz. Mütəxəssislərin fikrincə, ən düzgün qərar sadəcə olaraq adi pəhrizinizə qayıtmaq, həmçinin yuxu və yemək rejiminizi bərpa etmək olar.

Unutmamaq lazımdır ki, insan istehlak etdiyindən daha çox enerji sərf etməlidir, bu səbəbdən eyni zamanda fiziki aktivliyi artırmaq və gündəlik istehlak edilən kalorilərin sayını azaltmaq lazımdır. Bununla belə, zülallar arıqlamaq üçün əsasdır. Bu, uzun müddət toxluq hissini qoruyur və qəlyanaltılardan qaçmağa kömək edir. Normalda, zülal pəhrizin kalorili məzmununun ən azı 10%-ni təşkil etməlidir, lakin arıqlama prosesində onun miqdarını 20-30%-ə qədər artırmaq daha yaxşı olar. Belə qidalara toyuq filesi, hinduşka, dana əti, dovşan, balıq və s. göstərmək olar.

Pəhrizdə bağırsaqların fəaliyyətini yaxşılaşdıran və yaxşı doyuran lifə də diqqət yetirmək lazımdır. Lifin əsas mənbələri tərəvəzlər, paxlalılar, taxıllar və göyərtidir.

Mütəxəssislər həmçinin qeyd edir ki, arıqlamaq üçün orqanizmin yuxuya da böyük ehtiyacı var. Belə ki, yuxu zamanı insan orqanizmində arıqlamaq üçün vacib olan iki hormon - iştahı idarə etməyə cavabdeh olan qrelin və toxluq hissini tənzimləyən leptin istehsal edilir. Yuxusuzluğun bu hormonların sintezinə maneçilik törətməklə yanaşı, maddələr mübadiləsinə də mənfi təsir göstərdiyi də mütəxəssislərin üzərində dayandığı əsas nüansdır.

Bütün orqanizmin fəaliyyətini qorumaq, gəncliyi və gözəlliyi qorumaq üçün su lazımdır. İnsan gündə bədən çəkisinə görə, 1 kq çəki üçün 30 ml maye qəbul etməlidir. Bu normaya təkcə su deyil, çay və qəhvə və hətta şorba da daxildir. Lakin mayenin 60%-dən çoxu təmiz içməli su olmalıdır.

Bayramlarda təxminən 3-4 kq çəki ala bilərsiniz, buna görə də, istirahətdən sonra fiziki fəaliyyət tədricən tətbiq edilməlidir. İşdən sonra qısa bir gəzinti etmək və gün ərzində kompüterdə oturmaqdan yorulan boyun, arxa və bel nahiyələrini yüngülləşdirməyə kömək edəcək kiçik bir sıra məşqlər etmək vacibdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »