Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveçdə morja yaxınlaşan turist 900 avro cərimələnib
Norveçdə morja yaxınlaşan turist 900 avro cərimələnib

Norveçin vəhşi təbiətin qorunduğu Svalbard arxipelaqında turist morja çox yaxınlaşdığı üçün 900 avro cərimələnib.

Bizimyol.info xəbər verir ki, BBC-nin məlumatına görə, polşalı turist Norveçdə vəhşi təbiətə onları narahat edəcək şəkildə yaxınlaşmağın qadağan olduğu arxipelaqı Svalbard fyordunda morjlara yaxınlaşmaq üçün buz parçasının üzərinə çıxıb.

Yerli sakinlər morjun bir neçə metrliyinə gələn şəxsi səlahiyyətlilərə xəbər verib, foto çəkdirmək istədiyi bildirilən turist isə 900 avro cərimələnib.

Svalbard yaz və yay aylarında bölgədəki turistlərin tez-tez üstünlük verdiyi yerlər arasındadır.

Svalbardın Ətraf Mühit Məcəlləsi qütb ayıları, suitilər, balinalar, şimal maralları və arktik tülküləri əhatə edən arxipelaqın yerli vəhşi təbiətinin lazımsız şəkildə pozulmasını qadağan edir.

Bundan əlavə, Norveç hökuməti 2025-ci ildə qüvvəyə minəcək daha sərt hüquqi tənzimləmələri, o cümlədən turizm və iqlim dəyişikliyinin təsirləri ilə bağlı narahatlıqlar səbəbiylə morja 150 metr məsafədə yaxınlaşmanı qadağan edəcəyi açıqlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »