Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden zarafatla Trampı altı yaşlı "yuxulu Don" adlandırıb
Bayden zarafatla Trampı altı yaşlı "yuxulu Don" adlandırıb

ABŞ prezidenti Co Bayden zarafatla siyasi rəqibi, keçmiş Amerika lideri Donald Trampı altı yaşlı “yuxulu Don” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Bayden şənbə günü Ağ Ev Jurmalistlər Assosiasiyasının illik qəbulunda çıxışının əvvəlində qeyd edib.

"Səmimi qarşıladığınız üçün təşəkkür edirəm. Amma xahiş edirəm sakit olun, Donald dinləyir", -deyən Bayden eyni zamanda, Trampı ən yüksək dövlət vəzifəsində olan sələfi Baydenin özünə münasibətdə dəfələrlə işlətdiyi “Yuxulu Co” ləqəbi ilə bənzətməklə “Yuxulu Don” adlandırıb.

"Təbii ki, 2024-cü il seçkiləri tam sürətlə gedir. Bəli, yaş məsələsidir"- deyə ABŞ tarixinin ən yaşlı prezidenti olan 81 yaşlı Bayden davam etdi. “Mən altı yaşlı uşaqla yarışan böyük adamam”, - demokrat zarafatla respublikaçı Trampı nəzərdə tutaraq qeyd edib ki, bu da zalda gülüş doğurub. Eyni zamanda, hazırkı prezident "özünü əla hiss etdiyini" vurğulayıb. Baydenin çıxışı "C-SPAN" kanalında yayımlanıb.

Baydenin qocaldığına görə yenidən seçilmək istəyib-istəməməsi ilə bağlı müzakirələr həm Respublikaçılar, həm də Demokratlar arasında intensivləşir. Bəzi partiya üzvləri açıq şəkildə Baydeni seçki kampaniyasında sonrakı iştirakdan imtina etməyə çağırırlar.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, mübarizə dörd il əvvəl Bayden Trampı məğlub etdiyi zaman olduğu kimi eyni namizədlər arasında gedəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »