Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“UNRWA”: İsrail Rəfahda genişmiqyaslı hərbi əməliyyat hazırlayır
“UNRWA”: İsrail Rəfahda genişmiqyaslı hərbi əməliyyat hazırlayır

“Qəzza zolağının cənubundakı Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyata hazırlaşır”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (“UNRWA”) baş komissarı Filip Lazzarini deyib.

“Hazırda mənim ən böyük qorxum ABŞ-dan İsrailə hərbi yardımın olub-olmamasından asılı olmayaraq, İsrail ordusunun nə etməyi planlaşdırmasıdır. Görünən odur ki, Rəfahda mümkün genişmiqyaslı hərbi müdaxiləyə hazırlıq gedir”, - deyə o bildirib.

“Biz hamımız Rəfahda hücum ehtimalından son dərəcə narahatıq. Artıq 1,45 milyondan çox köçkün ölkənin cənubunda cəmləşib. Belə bir əməliyyat sözün əsl mənasında "xalq dənizində" həyata keçiriləcək. İnanırıq ki, bu hücum baş verməməlidir, onsuz da gözümüzün qarşısında baş verən insan faciəsinə daha birini də əlavə etməkdənsə, başqa yollar araşdırılmalıdır”, - deyə Lazzarini qeyd edib.

Baş katibin sözlərinə görə, Rəfahda quru əməliyyatının başlaya biləcəyi ideyası son dərəcə narahatedicidir: “İnsanlar çox narahatdırlar, çünki artıq hara gedəcəklərini bilmirlər. Qəzza zolağında insanları evakuasiya etmək üçün təhlükəsiz yer yoxdur”, - deyə o əlavə olaraq qeyd edib.

“Şübhə yoxdur ki, bu hücum davam edərsə, daha minlərlə insan həlak olacaq. Və mən başa düşə bilmirəm ki, nə üçün bu qədər çox qurbandan sonra beynəlxalq ictimaiyyətin qəzəbi hələ də bu qətllərə, bu qırğına son qoya bilmir. Və bunun niyə hələ də atəşkəsə gətirib çıxarmadığını anlaya bilmirəm”, - deyə "UNRWA"-nın baş katibi vurğulayıb.

.

“Mən əminəm ki, atəşkəs minlərlə insanın həyatını xilas edə bilər. Atəşkəsin olmaması isə daha çox insanın ölümünə səbəb olacaq”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »