Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Qəzzada üzən liman tikintisini davam etdirir - İsrail ordusu
ABŞ Qəzzada üzən liman tikintisini davam etdirir - İsrail ordusu

İsrail ordusu bəyan edib ki, ABŞ Qəzza sahillərində üzən liman tikintisini davam etdirir.

Bizimyol.info xəbər verir ki, İsrail ordusunun "X" sosial media hesabından verdiyi açıqlamada üzən liman tikintisi ilə bağlı məlumat paylaşılıb.

Açıqlamada, ABŞ-ın humanitar yardımların daşınacağı və Qəzza limanlarına birləşdiriləcəyi üzən limanın tikintisini davam etdirdiyi açıqlanıb.

Sözügedən üzən liman səthinin təxminən 281 dekar olacağı və böyük miqdarda malların Qəzzaya daxil olması üçün nəzərdə tutulduğu qeyd edilib.

Sosial media hesabında tikinti işlərinin aparıldığı barədə paylaşım edilib. Üzən dok layihəsində fəaliyyət göstərəcək ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin cümə günü Qəzza zolağı yaxınlığında lövbər saldığı bildirilib.

ABŞ prezidenti Co Bayden martın 7-də bildirib ki, o, ordusuna Qəzzaya yardım üçün sahildə müvəqqəti körpü tikməyi tapşırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Baş Koordinatoru Siqrid Kaaq aprelin 24-də Nyu Yorkdakı BMT binasında jurnalistlərə bildirib ki, dəniz dəhlizi ilə Qəzzaya edilən yardım quru yardımını əvəz edə bilməz, lakin əlavə dəstəyə ehtiyac var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »