Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada istilik elektrik stansiyasında partlayış olub: ölənlər və xəsarət alanlar var
Rusiyada istilik elektrik stansiyasında partlayış olub: ölənlər və xəsarət alanlar var

Rusiyanın Tuva Respublikasının Şaqonar şəhərində yerləşən istilik elektrik stansiyasının qazanxanasında yerli vaxtla saat 08.49-da güclü partlayış baş verib.Partlayış nəticəsində qazanxananın yerləşdiyi binada yanğın baş verib. Partlayışdan sonra hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə qrupları göndərilib.

Bizimyol.info xəbər verir ki, bu barədə respublikanın təhsil naziri Yelena Xardikova "Telegram" kanalında məlumat verib.

Tuvada istilik elektrik stansiyasında partlayış baş verən Şaqonar məktəblərində dərslər ləğv edilib. İstilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 18 nəfərin xəsarət aldığı Tuvanın Şaqonar təhsil ocaqlarında dərslər ləğv edilib.

Tuvada Şagoran İES-də baş verən partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, qəza zamanı 10 nəfər xəsarət alıb.

“Şaqonar şəhərinin qazanxanasında baş vermiş qəza ilə əlaqədar bu gün şəhərin bütün təhsil təşkilatlarında dərslər dayandırılıb. Uşaqlar valideynlərinə və qanuni nümayəndələrinə təhvil verilib. Hər bir qurum nəzarət altındadır. Fövqəladə vəziyyət aradan qaldırılana qədər istiliyə mümkün qədər qənaət edirik”, - deyə Xardikova yazıb.

Respublika hökumətinin məlumatına görə, Şaqonarskaya İES-də dörd qazanxananın hamısı zədələnməyib və işlək vəziyyətdədir. Ümumilikdə istilik elektrik stansiyası şəhərdə 60-a yaxın evə xidmət göstərir.

Şaqonarda indi mənfi 10 dərəcədir, külək yoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »