Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: "Dünya indi Soyuq Müharibə dövründəkindən daha təhlükəli vəziyyətdədir"
Quterreş: "Dünya indi Soyuq Müharibə dövründəkindən daha təhlükəli vəziyyətdədir"

"Hazırda dünya birliyi soyuq müharibə dövründəkindən daha təhlükəli vəziyyətdədir, dünya ölkələrinin parçalanması son 75 ildə maksimum həddə çatıb".

Bizimyol.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Dünyamız ekzistensial problemlərlə üz-üzədir, qlobal birlik son 75 ildə ən çox parçalanmış və bölünmüşdür. Hətta Soyuq Müharibə dövrü müəyyən mənada indikindən daha az təhlükəli idi", - deyib.

Ümumdünya təşkilatının rəhbəri vurğulayıb ki, indi dünya “hələ də nüvə təhlükəsi ilə üz-üzədir”, lakin eyni zamanda, yeni risk mənbələri yaranıb: "Biz ekzistensial nisbətdə iki ayrı təhlükə ilə qarşılaşırıq: iqlim böhranı və nəzarətsiz süni intellekt riski", deyə o qeyd edib ki, indiyə qədər dünya sadalanan təhdidlərdən hər hansı birinə cavab vermək üçün təsirli addımlar ata bilməz.

60-cı Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək. Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk tədbirə dəvətlidirlər. Bundan əlavə, forumda ABŞ-ın vitse-prezidenti Kamala Harris və Çinin xarici işlər naziri Vanq Yinin də iştirakı gözlənilir. Rusiya hakimiyyətinin nümayəndələri konfransa dəvət edilməyib.

Münhen Konfransı 1962-ci ildə alman publisist Evald fon Kleist tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirliklərinin nümayəndələrinin iclası” kimi təsis edilib. 1999-cu ildən burada Mərkəzi və Şərqi Avropa ölkələrindən siyasətçilər və hərbçilər, biznes nümayəndələri iştirak etməyə başladılar. Forumda ənənəvi olaraq təhlükəsizlik siyasəti sahəsində yeni təşəbbüsləri müzakirə edən siyasətçilərin çoxsaylı qeyri-rəsmi və şəxsi görüşləri keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »