Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp deyib ki, Bayden hələ də sağ olduğunu dərk etməyə bilər
Tramp deyib ki, Bayden hələ də sağ olduğunu dərk etməyə bilər

"ABŞ prezidenti Co Bayden hələ də sağ olduğunu dərk etməyə bilər".

Bizimyol.info xəbər verir ki, bu fikri cümə günü Amerikanın keçmiş lideri Donald Tramp deyib.

"Mən onun sağ olduğunu bildiyini düşünmürəm", - deyə Respublikaçı Bayden haqqında ABŞ Milli Tüfəng Assosiasiyasının Harrisburqda (Pensilvaniya) tədbirində çıxış edərkən deyib. Trampın sözlərinə görə, prezident Baydenin ətraşı "çox ağıllı, lakin çox qəzəbli insanlarla əhatə olunub".

81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez müxtəlif qeyd-şərtlər və şifahi kobud səhvləri edir. Respublikaçılar bundan dövlət başçısının Birləşmiş Ştatlara rəhbərlik etməyə davam etmək üçün əqli və fiziki qabiliyyətini şübhə altına almaq üçün siyasi mübarizədə istifadə edirlər.

Fevralın 4-də Nevada ştatının Las-Veqas şəhərində seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə çıxış edən Bayden Ağ Evə gəldikdən qısa müddət sonra 1996-cı ildə vəfat edən Fransa prezidenti Fransua Mitteranla görüşdüyünü deyib. Baydenin andiçmə mərasimi 2021-ci ilin yanvarında baş tutub. Fevralın 7-də Nyu-Yorkda keçirilən analoji tədbirdə prezident 2021-ci ildə Almaniya kansleri Helmut Kolla əlaqə saxladığını bildirib. Kansleri Koll 2017-ci ildə dünyasını dəyişib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »