Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir addım irəli, iki addım geri... Azərbaycan universitetləri dünya üzrə təhsil reytinqində niyə geriləyib?
Bir addım irəli, iki addım geri... Azərbaycan universitetləri dünya üzrə təhsil reytinqində niyə geriləyib?

Azərbaycan və Türkiyə universitetləri beynəlxalq aləmdə reytinq itirib. Müsəlman ölkələri arasında Türkiyə birinciliyi İrana, ikinciliyi Səudiyyə Ərəbistanına uduzub. Azərbaycandan yalnız Dövlət İqtisad Universiteti öz reytinqini yaxşılaşdırıb və ilk üç minliyə düşüb. Qalan universitetlərimiz isə geriləyib.

Bu haqda iqtisad elmləri doktoru, professor Saleh Məmmədov Vebometrik göstəricilərinə əsaslanaraq məlumat və reytinq cədvəli paylaşıb. Həmin cədvəldəki 32 min dünya universitetləri reytinqində ilk 12 yeri Amerika Birləşmiş Ştatlarının universitetləri tutur. Beləliklə, ABŞ yenə də və hələ də dünyanın ən nəhəng elm dövləti olaraq qalır.

Onu da deyək ki, bu reytinqlərin hazırlanmasında insan faktoru rol oynamayıb; tamamilə süni intellektin işinin nəticəsidir.

Azərbaycan və Türkiyə kimi dünyəvi dövlət quruluşu olan müsəlman ölkələrində təhsilin geriləməsi, İran və Səudiyyə Ərəbistanı kimi klerikal məmləkətlərdə isə, əksinə, irəliləməsi düşündürücü, hətta müəyyən baxımlardan üzücüdür. Ölkələrin inkişafının, o cümlədən, elmi-intellektual, eləcə də, mədəni səviyyəsinin, texnoloji təfəkkürünün indikatorlarından - əsas göstəricilərdən biri universitetlərin durumudur.

Məmləkətimizdə bir ifrat gerilikçi, xurafatçı dindarlığa, o biri ifrat aşırı əyləncə zehniyyətinə - ucuz karnavalçılığa yuvarlanma bizi hələ çox geri ata bilər. Biz sivil dünyadan qopub orta çağ Şərqinə qayıtsaq, mədəni Avropanın bir parçası olmaqdan çıxıb da "gündəlik tələbat" motivli "TikTok xalqı"na çevrilsək, bir daha bu bataqlıqdan necə çıxarıq, təsəvvür edə bilmirəm.

Hələ indi çox həvəslə baş vurduğumuz bu bataqlıqdan dönüb çıxmaq istəsək...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »