Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Verilən sözlər tarixi qələbələrimizdə və iqtisadi sahədə qazanılan naliyyətlərdə öz əksini tapıb"
"Verilən sözlər tarixi qələbələrimizdə və iqtisadi sahədə qazanılan naliyyətlərdə öz əksini tapıb"

"Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti ordumuzun şücaəti xalqımızın birliyi nəticəsində torpaqlarımızın azad olunması və tarixi qələbəmizin qazanılması ulu öndərimizin ruhunu sevindirdi. Şəhidlərimizin ruhunu sevindirdi. Hər bir Azərbaycan vətəndaşı bu qələbə ilə fəxr edir. Azərbaycan torpaqlarını azad görmək müstəqilliyimizi davamlı etmək ulu öndərimizin müqəddəs arzusu idi. O, çıxışlarında dəfələrlə bildirirdi ki, biz işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcəyik. Bu torpaqlar mütləq düşmən təcavüzündən qurtulacaq. Ümumilli liderimiz onu da bildirirdi ki, Azərbaycan dünyada öz yeri, öz sözü olan bir dövlətə çevriləcək. Çünki o, xalqın birliyinə və mübarizliyinə inanırdı. İlk növbədə, o, İlham Əliyevə böyük etibar bəslədiyini və onun etmədiklərinin cənab prezidentimiz tərəfindən həyata keçirilməsinə ümid bəslədiyini bildirirdi. Bu kəlamlar, ümid və ehtiram bu gün görünən işlərdə - tarixi qələbələrimizdə və iqtisadi sahədə qazanılan naliyyətlərdə öz əksini tapıb".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev uzun müddət işğal altında qalan torpaqlarımızı erməni faşistlərindən azad etməklə, Azərbaycan tarixinə, Azərbaycan xalqına yeni bir şərəf, yeni bir qəhramanlıq bəxş edib.

Tahir Rzayev Tahir Rzayev

“Biz ötən günlərə nəzər salsaq, Azərbaycanın nə qədər irəli getdiyini, iqtisadi, hərbi cəhətdən nə qədər qüdrətləndiyini aydın görə bilərik. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkilərindən sonra and içmə mərasimində qətiyyətlə və inamla bildirmişdi ki, “mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam. Mən ölkənin müstəqilliyinin qorunması, torpaqlarımızın azad edilməsi uğrunda səylərimi davam etdirəcəyəm və naliyyətlərin artırılması üçün bütün qüvvəmi sərf edəcəyəm”. Bu içilən and, verilən vəd bu gün rəqəmlərdə öz əksini tapır”-deyə deputat vurğulayıb. Onun sözlərinə görə, 2003-cü ildə bir milyard 220.19 milyon manat dövlət büdcəsinə malik olan ölkəmizin büdcə gəlirləri, indi 40 miıyard manata yaxındır. Valyuta ehtiyatlarımız 37 dəfə artıb. 1,8milyard dollardan artıq 67 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu gün orta əmək haqqı artıq 900 manata yüksəlib. Halbuki, bu, həmin dövrdə 77,04manat olub. Əmək haqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər ödənişlər dəfələrlə artırılıb. Bu 20 il ərzində ölkədə 3200 çox məktəb binası 750-dən çox tibb müəssəsi, 40-dan çox olimpiya idman mərkəzi və yüzlərlə idman qurğuları inşa olunub təmir edilib, istifadəyə verilib. 21 min km-ə yaxın yol çəkilib. Körpülər salınıb, 2 milyondan artıq iş yeri yaradılıb. Bütün bunlar dövlət proqramlarının, lahiyələrin uğurla həyata keçirilməsi və işğaldan azad olmuş ərazilərdə möhtəşəm tikinti abadlıq işlərinin həyata keçirilməsi nəticəsində mümkün olub. 14 mindən çox mənzil müharibə əlillərinə və şəhid ailələrinə verilib. Bu proses bu gün də davam edir.

Deputat qeyd edib ki, bunlar cüzi rəqəmlərdir. Bu rəqəmlərin arxasında çox möhtəşəm tədbirlərin həyata keçirilməsi durur. Dövlətimizin rəhbəri 20 il ərzində iqtisadiyatını inkişaf etdirmək, xalqın birliyinə nail olmaq, ölkəmizi beynəlxalq aləmdə tanıdıb, ucaltmaqla bərabər milli təhlükəsizlik sistemimizi dövrün tələbləri arasında qurmağı, təkmilləşdirməyi və ordu quruculuğunun möhkəmləndirməyi, hərbi kadrları təkmilləşdirməyi bacardı.

“Bu uğurlar 44 günlük müharibədə, eləcə də 23 saatlıq lokal antiterror tədbirlərində özünü bir daha sübuta yetirdi. Bəli, bu gün ulu öndərimizin ruhu şaddır. Azərbaycan xalqı onun anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd edir. Heydər Əliyev ili hər bir vətəndaşın qəlbində ulu öndərə ehtiramın hörmətin bir ifadəsi kimi qeyd olunur. Ümumi xalq məhəbbəti çərçivəsində tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan dünyanın ən sayılan, ən seçilən, ən mötəbər tədbirlərdə öz sözünü deyən ölkələrdən biridir. Bağlanmış bir sıra beynəlxalq səviyyəli lahiyələr, proqramlar, əməkdaşlığın genişləndirilməsi və dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması Azərbaycanı dünyada bir demokratik, sivil gələcəyi olan ölkə kimi tanıtdırmışdı”-deyən deputat vurğulayıb ki, bunun bünövrəsini ulu öndər, məhz Heydər Əliyev qoymuş, bu gün də cənab prezident İlham Əliyev onun idealarının işiğında bu uğurları bu naliyyətləri davam etdirir.

Tahir Rzayev əlavə edib ki, bu gün Azərbaycan xalqı özünü xoşbəxt hesab edir. Çünki onun Heydər Əliyev kimi ümummilli lideri və cənab İlham Əliyev kimi prezidenti, ali baş komandanı var. O ümumimilli lider ki, onun ideaları bundan sonra da Azərbaycan xalqını yeni uğurlara səfərbər edəcək. O ali baş komandan ki, bu gün Azərbaycanı 30 illik işğal təhlükəsindən xilas etdi. Son 200 ildə görülməyən bir qələbə - torpaqların azad edilməsi qələbəsini tarixə həkk etdi.

“Ulu öndərimizin ruhunu sevindirmək, onun idealarını yaşatmaq Azərbaycan xalqı, hər bir vətəndaş üçün fəxarətdir, şərəfdir. Biz qürurla bildiririk ki, bu yol, bizim müqəddəs yolumuzdur. Bu yol, Azərbaycanı daha uğurlu sabahlara aparır. Bu yol, bundan sonra Azərbaycan xalqının tarixinə yeni unudulmaz səhifələr yazacaqdır”-deyə Tahir Rzayev əlavə bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »