Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizi bilirik ki, bu terrorun arxasında rəsmi Tehran dayanır"
"Bizi bilirik ki, bu terrorun arxasında rəsmi Tehran dayanır"

İranın Azərbaycana qarşı düşmən siyasəti onilliklərə dayanır. Keçən əsrin əvvələrində öz müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin dünyada de-yure tanınmasına qarşı İran kampaniya aparırdı. Cümhuriyyətin süqutu, Azərbaycanın SSRİ-nin tərkibinə daxil edilməsi İranı rahatlaşdırmışdı. Çünki İran fikirləşirdi ki, Azərbaycan bir daha müstəqil olmayacaq. İranda hansı rejimin hakimiyyətdə olmağından aslı olmayaraq onlar müstəqil Azərbaycanı özləri üçün təhlükə görürlər. Ona görə də düşmən münasibəti bəsləyirlər.

Ölkəmizin 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsi İranı çox narahat etdi. Ermənistanın müharibəyə başlaması, rusların köməkliyi ilə torpaqlarımızı işğal etməsi rəsmi Tehranı qismən sakitləşdirmişdi ki, Azərbaycanın başı öz torpaqlarını azad etməyə qarışacaq. Cənubi azərbaycanlıların taleyi üçün heç bir təsiri olmayacaq. Azərbaycan da torpaqlarının işğalda olan dövürdə İranla kəskin mübarizəyə getməməyi üstün tuturdu. Yəni bir növ İranın açıq şəkildə Ermənistana dəstək verməsinin qarşısını alaraq, onu zərərsizləşdirirdi.

“2020-ci ildə, qısa müddət ərzində heç kimin görmədiyi və düşünmədiyi halda biz öz torpaqlarımızı işğaldan azad edə bildik. Bununla da regionda yeni siyasi, iqtisadi, hüquqi və hərbi mühit formalaşdı. Bu, öz torpaqlarını azad edə bilən, öz ərazi bütövlüyünü və suverenliyini təmin edə bilən, geniş hərbi imkanlara malik, güclü müttəfiqləri olan, gələcəyə doğru böyük nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi, Turanın və Türkçülüyün lokomotivi olan Azərbaycan deməkdir. Ona görə İran inkişaf etmiş, regionda söz və güc sahibi Azərbaycanın olmasını istəmir. Regionda yaranmış reallıqları da bu baxımdan qəbul edə bilmir”.

Bu barədə bizimyol.info xəbər portalına “Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə danışıb. Politoloq bildirib ki, Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra törətdiyi təxribatlar, Ermənistana açıq hərbi və siyasi dəstəyi də köhnə vəziyyətin bərpasına çalışmasıdır.

Yalçın Hacızadə Yalçın Hacızadə

“İranına məxsus məxfi sənədlərin hakerlər tərəfindən ələ keçirilməsi və Tehrandakı səfirliyimizə qarşı terror hadisəsinin işıqlandırılmasından asılı olmayaraq, biz bilirik ki, bütün bu hadisələrin arxasında rəsmi Tehran dayanır. Səfirlikdəki hadisədən əvvəl İran, Azərbaycan ərazisində qanunsuz qalan erməni silahlı qüvvələrinə hərbi dəstək verməsi, Azərbaycanla sərhəd ərazilərində hərbi təlimlər keçirməsi, ölkəmizdə dini ixtilaflar, dövlət çevrilişi etmək üçün silahlı birləşmələr hazırlaması bütün bu konteksdən olan əməlləridi.

Səfirlikdə baş verən hadisə ilə bağlı yayılan video görüntülər, eyni zamanda terrorçunun cinayət məsuliyyətinə cəlb edilməməsi və məsuliyyətdən yayındırmaq üçün uydurma "faktlar" ortaya atması göstərir ki, hadisə İran dövləti tərəfindən təşkil olunub və həyata keçirilib”-deyən Yalçın Hacızadə hesab edir ki, bütün bu baş verənlərin İran tərəfdən başqa cür qiymətləndirilməsi və dünyanı aldatma cəhdləri reallığı inkar etmir. İran terror dövlətidir, İranın daxilində və xaricində törətdikləri faktlar da beynəlxalq hüquqi sənədlərdə öz əksini tapır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »