Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunlar Türkiyəyə yayılaraq əmr gözləyirlər" - Video
"Bunlar Türkiyəyə yayılaraq əmr gözləyirlər" - Video

“Qara dənizdə çox ciddi sıxıntılar var. Rusiya-Ukrayna müharibəsindən 1 il keçdi. Türkiyə tərəfsiz olmağa çalışsa da, müharibənin içərisinə çəkmək istəyirlər. Azərbaycan və Ermənistan müharibəsi 2020-ci ildə zəfərlə başa çatdı. Xüsusilə SİHA və İHA Türkiyə Azərbaycana yardımlar etdi. Bu, təbiidir. Olmalı idi. Çünki işğal edilmiş torpaqlar Azərbaycanın öz torpaqları idi. Türkiyədə də bu savaşda Azərbaycanın yanında olmalı idi. Çünki bu qardaşın qardaşa dəstəyi idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Bağımsızlıq Partiyasının sədri Yener Bozqurd danışıb. Partiya sədri Türkiyədə “yumşaq işğal” adlandırılan prosesdən də danışıb. O, qeyd edib ki, son 11 ildə Türkiyəyə Suriyadan gələn qaçqın sayı 7-8 milyon olub.

“Maraqlıdır ki, ABŞ Əfqanıstandan geri çəkilmə qərarı alır. Amerika geri çəkilən kimi müxtəlif yaşda olan əfqan gənclər İran üzərindən Türkiyəyə gəlir. Suriyadan gələnləri anlayırıq. Çünki orada daxili savaş var idi. Amma Əfqanıstandan gələnlərə baxırsan, 20-25 yaşlı gənclərdir. Bunlar əli silah tutan gənclərdir. Bunların harda olduğu belə bilinmir. Bunlar Türkiyəyə yayılaraq, əmr gözləyirlər. Onlar bu ölkəyə boş-boşuna gəlməyiblər. Onlar istəsəydilər başqa ölkələrə də gedə bilərdilər. Amma onlar öz vəzifələrini yerinə yetirməyə gəliblər”-deyə partiya sədri qeyd edib.

Yener Bozqurd əlavə edib ki, Türkiyənin cənub hissəsində hər zaman Türk gənclərlə bu gələnlər arasında gərginlik mövcuddur.

“Bu, mənim şəxsi düşüncəmdir. Bu xaos dönəmi xəfifə alınacaq bir ölçüdə olmayacaq. Tam əksi olaraq, çox yaxşı planlaşdırılmış, çox yaxşı hesablanmış və addımları illərdir ki, atılan böyük bir ssenari indi tətbiq edilir”-deyən partiya sədri hesab edir ki, fevral ayında Hatay və Maraş zəlzələləri ilə başlayan bu dövr bütün il ərzində özünü göstərəcək. Onun sözlərinə görə, seçkilərdən öncə kütləvi xaos baş verəcək.

“Bir siyasi liderə sui-qəsd ola bilər, suriyalılarla türklər arasında ölümlə nəticələnən böyük bir hadisə ola bilər. Ya da bizim bu gün düşünmədiyimiz və bəzilərinin düşünərək, planlarını qurduğu insanları qorxuya, panikaya və ümidsizliyə sala biləcək terror hadisələri ola bilər. Bu hadisələr olmasa və mayın 14-də seçki rahatlıqla keçsə belə, seçkinin nəticələrinin açıqlanacağı 48 saatın gərgin keçəcəyini düşünürəm”-deyən Yener Bozqurdun fikrincə, tərəflərdən birinin qazanmasına digər tərəfin etiraz şəkli xaos riski gətirəcək. Partiya rəhbəri hesab edir ki, iyun ayından sonra, xüsusilə sentyabr-oktyabr aylarında Türkiyə çox ciddi sıxıntılı dövrdən keçəcək.

Yener Bozqurd ilə videomüsahibənin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »