Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ov zamanı Putinin hərəkəti  Berluskoninin mədəsini bulandırıb
Ov zamanı Putinin hərəkəti  Berluskoninin mədəsini bulandırıb

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Rusiya prezidenti Vladimir Putin arasında münasibətlərə dair yeni təfərrüatlar ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, keçən ilin iyununda vəfat edən Berluskoninin Forza Italia partiyasının keçmiş deputatı Fabrizio Cicchitto İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Rusiya prezidenti Putinlə İtaliyanın mərhum baş naziri Silvio Berluskoni arasında baş verən əhvalatı danışıb.

O deyib ki, iki lider 2010-cu ildə tətildə olarkən Putinin təkidi ilə ova getdiblər və Putinin ovladığı maralın ürəyini çıxarıb boşqabın üstünə qoyub və "gözəl bir nahar olacaq" deyərkən, İtalyan lideri ağacın arxasına keçərək qusub.

Cicchitto, həmçinin Putinin Berluskoninin ov zamanı tapdıqları maral ovlamasını istədiyini və İtaliya liderinin belə bir şey edə bilməyəcəyini dediyini bildirib. O, daha sonra Putinin həmin maralı vurduğunu bildirib. Qəzet 20 ildən artıq bir müddətdə ikili arasında yaxşı münasibətlər olduğunu da vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »