Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin NATO-nun Belqraddakı səfirliyi bombalamasını heç vaxt unutmayacaq - Cinpinq
Çin NATO-nun Belqraddakı səfirliyi bombalamasını heç vaxt unutmayacaq - Cinpinq

Çin 1999-cu ildə NATO-nun Çinin Belqraddakı səfirliyinə hava hücumunu xatırlayacaq.

Bizimyol.info xəbər verir ki, bunu Çin sədri Si Cinpinq Serbiyaya səfərindən əvvəl “Politika”ya deyib.

“İyirmi beş il əvvəl NATO Çinin Yuqoslaviyadakı səfirliyini bombaladı və nəticədə üç çinli jurnalist – xanım Şao Yunxuan, cənab Xu Sinxu və onun həyat yoldaşı Çju Ying həlak oldular. Biz bunu heç vaxt unutmamalıyıq. Çin xalqı sülhü sevir, lakin biz heç vaxt belə faciəvi hekayənin təkrarlanmasına imkan verməyəcəyik”, - deyə o qeyd edib.

O əlavə edib ki, qanla möhürlənmiş Çin-Serbiya dostluğu Çin və Serb xalqlarının ümumi yaddaşında qalacaq.

Si Cinpinq mayın 7-8-də Serbiyada dövlət səfərində olacaq. Çin Xarici İşlər Nazirliyi xatırladıb ki, Serbiyaya bu səfər səkkiz ildə ilk olacaq və “Çin-Serbiya münasibətlərinin yaxşılaşdırılması və yenilənməsində mühüm mərhələ olacaq”. Si Cinpinq və Serbiya Prezidenti Aleksandr Vuçiçin beynəlxalq və regional vəziyyəti, Çin-Serbiya münasibətlərinin səviyyəsinin yaxşılaşdırılmasını müzakirə edəcəkləri, həmçinin ikitərəfli əlaqələrin inkişafı kursunu müəyyənləşdirəcəkləri gözlənilir.

Xatırladaq ki, 7 may 1999-cu ildə NATO aviasiyası Yuqoslaviyaya qarşı hərbi əməliyyat zamanı Belqraddakı Çin səfirliyinin binasına zərbə endirib. Nəticədə 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »