Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniyalı səfir: Gürcüstan hakimiyyətinin anti-Qərb münasibəti güclənib
Estoniyalı səfir: Gürcüstan hakimiyyətinin anti-Qərb münasibəti güclənib

"Gürcüstan hökumətinin Qərb ölkələrinə qarşı münasibəti getdikcə daha da pisləşir".

Bizimyol.info xəbər verir ki, bu fikri Estoniyanın Gürcüstandakı səfiri Riina Kalyurand deyib, onun sözləri "ERR" dövlət televiziya və radio portalında yayımlanıb.

“Son bir neçə həftə ərzində Gürcüstan hakimiyyətinin ritorikasında və anti-Qərb əhval-ruhiyyəsində çox güclü sıçrayış olub. Nəhayət, qlobal “müharibə tərəfinin” kim olduğu sualına cavabımız var. Cavab sadədir - bu, bizik, bu, Avropa İttifaqıdır, bu, ABŞ-dır. Respublikadakı hazırkı siyasi vəziyyət də Gürcüstan dövlətinin gələcəyi ilə bağlı müzakirələri əks etdirir, çünki söhbət Gürcüstanın Qərb gələcəyi ilə Rusiyanın təsir dairəsinə çəkilmək arasında seçimdən gedir", - deyə diplomat qeyd edib.

Estoniya diplomatik missiyasının rəhbəri həmçinin şikayət edib ki, bir çox keçmiş gürcü siyasətçiləri, xüsusən də Mixail Saakaşvili rəsmi Tbilisi tərəfindən getdikcə daha çox Amerika siyasətinin dirijorları kimi qəbul edilir. “Bütün bunlar əslində dəyişdirilmiş hekayənin bir hissəsidir, hətta əvvəlki hökumət və onun rəhbəri Mixail Saakaşvili artıq xarici agentlər, yəni ABŞ-ın agentləri kimi qəbul edilir”, - deyə Kaljurand bildirib.

Aprelin əvvəlində hakim “Gürcü Arzusu” partiyası “xarici təsir haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. ABŞ-ın Gürcüstandakı səfirliyi qeyd edib ki, Gürcüstan rəhbərliyinin xarici maliyyənin ölkəyə yaratdığı təhdidlərlə bağlı bəyanatları ABŞ-la münasibətləri korlayır.

Rusiya da öz növbəsində bu qanun layihəsinə Gürcüstan parlamentində baxılmasını ölkənin daxili işi hesab edir. “Rusiya heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və qarışmaq niyyətində deyil”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »