Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Rəfah sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb
İsrail ordusu Rəfah sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb

İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək, Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ordudan verilən açıqlamada 162-ci diviziya və 401-ci zirehli briqadanın Rəfahın şərqindəki ordu birliklərinə dəstək verdiyi, Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısı üzərində nəzarətin ələ keçirildiyi bildirilib.

Açıqlamada Misirdən təqribən 3,5 km uzaqlıqdakı qapının Fələstin tərəfində tam nəzarətin əldə edildiyi və hücumda 20 fələstinlinin həlak olduğu bildirilib. İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısına yaxın bəzi binaları raketlərlə hədəfə aldığı, Rəfah Sərhəd Qapısı və Kerem Əbu Səlim Sərhəd Qapısına yaxın əraziləri artilleriya atəşinə tutduğu qeyd edilib.

HƏMAS-a yaxınlığı ilə tanınan "Əl-Əqsa" televiziyası İsrail ordusunun Rəfah Sərhəd Qapısının Fələstin tərəfini güclü atəşə tutduğunu bildirib. Şahidlər həmçinin İsrail döyüş təyyarələrinin Rəfah Sərhəd Qapısına yaxın ərazilərə hücumlar təşkil etdiyini bildiriblər.

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib. Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib. İsrail Ordusu Radiosunun xəbərinə görə, təxliyyə edilməli olan Rəfahın şərqindəki bölgədə təxminən 100 min fələstinli yaşayır.

İsrail ordusunun təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfaha qurudan hücum edəcəyi ilə bağlı narahatlıqlar səbəbilə bölgənin şərqində məcburi köç başlayıb.

Qəzzanın Rəfah Sərhəd Qapısı humanitar yardımların girişi üçün əsas keçid məntəqəsi və Qəzza zolağında fələstinlilərin xaricə getmək üçün istifadə etdikləri yeganə keçid məntəqəsidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »