Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehrandakı səfirliyimizdə terrorla əlaqədar Baş Prokurorluq və DTX İrana vəsatət göndərəcək
Tehrandakı səfirliyimizdə terrorla əlaqədar Baş Prokurorluq və DTX İrana vəsatət göndərəcək

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev ölkəmizin İrandakı səfirliyində baş vermiş terror aktı haqda danışıb. Baş Prokuror bu hadisə ilə bağlı istintaqın gedişindən narazılığını ifadə edib.

Bizimyol.info xəbər verir ki, Kamran Əliyev bu olayda qaranlıq məqamların olduğunu açıq şəkildə bildirib. “Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var”, - Kamran Əliyev “Real TV”yə müsahibəsində belə deyib.

Baş Prokuror vurğulayıb ki, Azərbaycan tərəfi üçün bir sıra qaranlıq məqamlar var:

“Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu, təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.

27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »