Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanı müxtəlif xəstəliklərə düz aparan duzu az istehlak etmək önəmlidir: insult, yüksək təzyiq...
İnsanı müxtəlif xəstəliklərə düz aparan duzu az istehlak etmək önəmlidir: insult, yüksək təzyiq...

Səhiyyə Nazirliyi gündə 5 qramdan az duz istehlakının insult riskini 23 faiz, ürək-damar xəstəliklərinin ümumi nisbətini isə 17 faiz azaldır, ona görə də duzun daha az istehlak edilməsinə diqqət çəkir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Baş İdarəsindən alınan məlumata görə, duzun (NaCl) orqanizmdə maye balansının və qan təzyiqinin tənzimlənməsində, turşu-qələvi balansının qorunmasında və sinir-əzələ sistemində stimulların ötürülməsində böyük əhəmiyyəti var.

Həddindən artıq duz istehlakı insan sağlamlığına mənfi təsir göstərir. Dünyada ölüm hallarının yarıdan çoxu qeyri-infeksion xəstəliklərdən qaynaqlandığı halda, onların 30 faizi ürək-damar xəstəlikləridir. Bu xəstəliklər üçün ən əhəmiyyətli dəyişdirilə bilən risk faktorları qeyri-sağlam qidalanma, o cümlədən həddindən artıq duz istehlakı, fiziki fəaliyyətin olmaması, siqaret və alkoqol istifadəsidir.

Yüksək qan təzyiqi (hipertoniya) dünyadakı bütün ölümlərin 13 faizindən məsuldur. Qan təzyiqi səviyyəsini təyin edən ən vacib amil duzun miqdarıdır.

Gündə 2 qramdan çox yüksək natrium və ya gündə 5 qramdan çox duz istehlakı yüksək təzyiq, ürək xəstəliyi və insult riskini artırır. Buna görə duz istehlakını azaltmaq lazımdır.

Duz istehlakının azaldılması qan təzyiqinin aşağı salınmasında və insult, ürək-damar və böyrək xəstəlikləri riskinin azaldılmasında ən təsirli üsullardan biridir. Gündə 5 qramdan az duz qəbulu insult riskini 23 faiz, ürək-damar xəstəliklərinin ümumi faizini isə 17 faiz azaldır. Bir çox Avropa ölkələrində gündəlik duz istehlakı 8-11 qramdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu miqdarı gündə 5 qram olaraq tövsiyə edir.

Türkiyədə aparılan "SALTÜRK" araşdırması gündəlik duz istehlakının 15 qram olduğunu göstərir. 2011-ci ildən bəri həyata keçirilən Həddindən artıq Duz İstehlakının Azaldılması üzrə Türkiyə Fəaliyyət Planı sayəsində adambaşına gündəlik duz istehlakı 10,2 qrama qədər azalsa da, hələ də tövsiyə olunan miqdarın 2 qatını təşkil edir.

Tədbirlər planının icrasından sonra edilən dəyişikliklər aşağıdakılardır:

  •  Türk Qida Kodeksi Çörək və Çörək Çeşitləri Təbliğatına (2012) uyğun olaraq çörəyin tərkibindəki duz miqdarı yüzdə 25 azaldıldı.
  •  100 qram çörəyin tərkibindəki duzun miqdarı 2 qramdan 1,5 qrama endirilib.
  •  Bekonun (hisə verilmiş və ya duzlanmış ət) tərkibindəki duz 100 qram quru materialda 8,5 qramdan 7 qrama endirilib.
  • Qırmızı bibərdə duzun miqdarı 22 faiz azalıb. Buna uyğun olaraq 100 qram bibərdə duzun miqdarı 9 qramdan 7 qrama endirilib.
  • Tomat pastasında duzun miqdarı 64 faiz, 100 qram tomat pastasında duzun miqdarı isə 14 qramdan 5 qrama endirilib.
  • Zeytunlarda duzun miqdarı 50 faiz azaldılıb və maksimum həddi 8 faizlə məhdudlaşdırılıb.
  • Pendirdə duzun miqdarı 35-61 faiz azalıb. Müxtəlif pendir növlərindən asılı olaraq 100 qram pendirdə maksimum duz miqdarı 3-7,5 qram arasında müəyyən edilmişdir. Duz paketlərində “Duzu azaldın və sağlamlığınızı qoruyun” ifadəsi məcburi hala salınıb.
  • Məktəb yeməkxanalarında satılan qidalarda duzun miqdarı ilə bağlı meyarlar hazırlanıb.
  • Dövlət müəssisələrinin bufet və yeməkxanalarından duzçəkənlər yığışdırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »