Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndi dünyada neft-qaz uğrunda aparılan müharibələri "su müharibələri" əvəz edəcək"
"İndi dünyada neft-qaz uğrunda aparılan müharibələri "su müharibələri" əvəz edəcək"

"İçməli su dünya üzrə ciddi problemdir. İçməli su, 1 litrinin tərkibində duzun miqdarı 1 qramdan az olan suya deyilir. Belə suya təmiz su, içməli su deyilir. Dünyada fauna və flora aləmi də bu təmiz sudan istifadə edir. Ağaclara duzlu su versən, quruyar. Bütün canlılar təmiz sudan istifadə edir. Rus mənbələrinə görə, dünyada təmiz su ehtiyatı ümumi yer kürəsində olan suyun 2 faizini təşkil edir. Yəni dünyada olan bütün suyun 2 faizində - 1 litrində duzun miqdarı 1 qramdan azdır.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb. Dosent açıqlamasında bildirib ki, təmiz suyun 85 faizi buzlaqlarda, yəni Antarktida qitəsində və şimal buzlu okeanda - insan əli çatmayan yerlərdə bizdən uzaqdadır. Təmiz suyun 14 faizi yer səthindən 1 kilometr dərinlikdəki qatlardadır. Bunu da biz gözümüzlə görmürük.

zərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info zərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info

Fərzəli Həsənovun sözlərinə görə, cəmi 1 faiz təmiz su çaylarda və ya göllərdədir. Türk mənbələrinə görə , dünyada təmiz suyun miqdarı 2,75 faiz, 3 faizə yaxındır. Mənbələrə görə, təmiz suyun 80 faizi buzlaqlardadır. 14 faizi yerin 1 kilometrlik qatlarında, yer altındadır. Burada da 1 faizin suyun çaylarda və göllərdə olduğu qeyd edilir.

Fərzəli Həsənov bildirib ki, bu təmiz su dünyada qeyri-bərabər paylanıb.

“Su ehtiyatna görə, dünyada belə çox su ehtiyatı olan ölkə Braziliyadır. Bir də Rusiyada, Sibirdə çox sayda çay var. Əgər bu gün dünyada müharibələr neft-qaz üzərində gedirsə, əsrin sonunda BMT-nin alimlərinin proqnozuna görə, su üstündə olacaq. Hətta 2050-ci ildə Azərbaycan da su çatışmazlığı yaşayacaq ölkələrin sırasında olacaq”-deyə Fərzəli Həsənov vurğulayıb.

Fərzəli Həsənov qeyd edib ki, əsrin sonuna doğru hansı ölkədə su ehtiyatı çoxdursa, neft-qaz kimi borularla ölkələrə göndəriləcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »