Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tacik xalqı ilə dini, mədəni və tarixi bağlılığımız var, dövlətlərarası münasibətlərimiz də möhkəmlənir"
"Tacik xalqı ilə dini, mədəni və tarixi bağlılığımız var, dövlətlərarası münasibətlərimiz də möhkəmlənir"

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfəri zamanı ölkə başçısı İlham Əliyevlə görüşüb, dövlətlərarası münasibətlər müzakirə edilib.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasəti sayəsində Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə strateji tərfdaşlıq haqqında saziş imzalayıb. O cümlədən, Mərkəzi Asiyada yerləşən ölkələrlə də dostluq və qardaşlıq münasibətləimiz inkişaf edir və möhkəmlənir. Mərkəzi Asiyada əsasən türkdilli dövlətlər yerləşir.

Azər Badamov Azər Badamov

"Biz türkdilli dövlətlərlə həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatında geniş əməkdaşlıq edirik. Amma Mərkəzi Asiyada yerləşən türkdilli olmayan Tacikistanla da əlaqələrimiz çox yüksək səviyyədədir. Bu əlaqələr dövlət başçılarınmızın şəxsi dostluq münasibətləri üzərində inkişaf edir və möhkəmlənir"-deyən deputat qeyd edib ki, dövlət başçılarımız müntəzm şəkildə qarşlıqlı səfərlər edir. O cümlədən, keçən il Prezident İlham Əliyev Tacikistana 2 dəfə səfər etmişdir. Tacikistan prezidenti Emoməli Rahmon da Azərbaycana bir dəfə gəlmişdi. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair 70 sənəd imzalanmışdı.

“Tacikistan Prezidentinin ölkəmizə səfəri ərəfəsində Bakıda Azərbaycan və Tacikistan biznes trukturları arasında biznes forum keçirildi. Bu forumda biznes strukturları arasında 8 sənəd imzalandı. O cümlədən, Tacikistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində yenidən 7 sənədə imza atıldı və ölkələrimz arasında Strateji Tərəfdaşlığın genişləndirilməsinə dair sazişi də dövlət başçılarımız tərəfindən təsdiq edildi. İndi biz strateji tərəfdaşlar olaraq əməkdaşlığımızı genişləndirəcəyik”-deyən deputat vurğulayıb ki, bu, həm ölkələrimizin təhlükəsizliyinin təmin olunmasına, həm də beynəxalq platformalarda eyni mövqedən çıxış etməyimizdə yeni bir dövr açacaq.

Deputatın sözlərinə görə, dövlət başçılarımız keçirdiyi genişləndirilmiş görüşdə ölkələrimiz arası dostluq və qadaşlıq əlaqələrinin möhkəmləndirilməsi ətrafında fikirlər bildirdilər. Ölkələrimiz arasında istifadə olunmamış böyük iqtisadi potensial mövcuddur. Münasibətlərimizin möhkəmlənməsi həm də iqtisadi əməkdaşlığımızda yeni mərhələyə qədəm qoymağa səbəb olacaq.

“Tacik xalqı ilə dini, mədəni və tarixi bağlılığımız var. Biz dost və qardaş xalqlar olaraq gələcəkdə də ölkələrimizin inkişafı və güclənməsi naminə münasibətlərimizi daha da möhkəmləndirəcəyik”-deyə Azər Badamov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »