Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa Əlcəzairdə törətdiyi soyqırımın bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır"
"Fransa Əlcəzairdə törətdiyi soyqırımın bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır"

"Azərbaycan Fransadan fərqli olaraq separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, bu gün dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik pik həddə çatıb.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputatın fikrincə, hazırda baş verənlər 1980-ci illərdən bəri müşahidə edilən "ən pis iğtişaş" hesab edilir. Dəfələrlə polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Bu toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edirlər. Polislə nümayişçilər arasında olan toqquşlar zamanı 5 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Kanak xalqına ikili standartlar tədbiq edən, assimilyasiya siyasəti yeridən Parisin bu yanaşmasına dünya susur. Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım, gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır.

“Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımın bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır. Keçmişi qətliamlarla zəngin olan Paris, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Bu siyasətə qarşı çıxan, kanak xalqının haqq səsinin eşidilməsinə dəstək olan Azərbaycanı isə Paris separatizmə dəstəkdə ittiham etməyə çalışır”-deyən Müşfiq Cəfərov hesab edir ki, beynəlxalq təşkilatlar Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir. Çünki Sakit Okeanda yerləşən Yeni Kaledoniya adalar qrupu 19-cu əsrdən bəri Fransanın zülm və ədalətsizliyinə məruz qalıb.

Fransa xarici işlər nazirinin Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etməsi isə, birbaşa gülünc obyektidir. Fransa 30 ildən çox müddətdir ki,bütün Cənubi Qafqazdakı proseslərə xüsusilə sülhə sabitliyə maneə olur, region dövlətlərinin daxili işlərinə qarışır. Lakin Azərbaycan əksinə Fransanın daxili məsələsi olmayan bir xalqın azadlıq hərəkatına mənəvi dəstəyini ifadə etməsi Parisi çox qıcıqlandırır.

Deputatın fikrincə, Fransa öz ədalətsizlik və zülmünü Azərbaycanı qaralayaraq ört-basdır edə bilməyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »