Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ səfirliyi amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb
ABŞ səfirliyi amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb

ABŞ-ın Ukraynadakı səfirliyi Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS-ın verdiyi məlumatda bildirilir.

"Rusiyanın hərbi əməliyyatları təhlükəsinin artması səbəbindən Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır. Vəziyyət sürətlə pisləşə bilər. Ukraynadakı ABŞ vətəndaşları kommersiya və ya şəxsi nəqliyyatdan istifadə edərək dərhal ölkəni tərk etməlidirlər", - deyə Amerikanın Ukraynadakı səfirliyinin bəyanatında qeyd edilib.

Bəyanatda deyilir ki, ABŞ vətəndaşları artıq Ukraynadan quru sərhədi keçərək Polşaya daxil ola bilərlər. Bunun üçün əvvəlcədən icazə tələb olunmur. ABŞ-ın Polşadakı səfirliyi Polşa-Ukrayna sərhədindəki keçid məntəqəsinin yaxınlığında Ukraynadan gələn amerikalıları qəbul etmək üçün mərkəz açıb.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynadakı amerikalılara bu ölkənin ərazisini dərhal tərk etməyi tövsiyə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »