Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papa uşaq əvəzinə ev heyvanı saxlayanları "eqoist" adlandırıb
Papa uşaq əvəzinə ev heyvanı saxlayanları "eqoist" adlandırıb

Papa Fransisk ev heyvanlarını saxlayanları eqoizmdə günahlandırıb: "Onların ev heyvanları var deyə ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər".

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə "əvəz etmək" bizi "alçaldır və insanlıqdan məhrum edir". O, əlavə edib ki, insanlar analıq və atalıq dəyərlərini qorumaqdan imtina edirlər ki, bu da sivilizasiyanın məhvinə səbəb ola bilər.

"Bu gün biz eqoizmin bu formasını görürük. Bəzi insanların uşaq sahibi olmaq istəmədiyin açıq nümaiş etdirir. Bəziləri ailə qururlar, amma uşaq əvəzinə evdə it, pişik və digər heyvanlar saxlayırlar. Sanki uşağı o heyvanlarla əvəz edirlər. Bu eqoizmin ən yüksək həddi və insanlığın sonudur", - deyə o qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, əgər ər-arvad bioloji səbəblərə görə uşaq sahibi ola bilmirlərsə, heyvan saxlamaqdansa, övladlığa uşaq götürmək barədə düşünməlidirlər.

Papa kişiləri anaların qayğısına qalmağa və qadınları müdafiə etməyə çağırıb. O qeyd edib ki, qadını incitmək Allaha qarşı təhqirdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »