Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident onu ittiham edən müxalifətçilərlə bağlı prokurorluğa müraciət edib
Prezident onu ittiham edən müxalifətçilərlə bağlı prokurorluğa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan, müxalifət partiya mənsubları tərəfindən ictimailəşdirilən "siyasi qətl" iddiaları ilə əlaqədar Ankara Baş Prokurorluğuna müraciət etdib və lazımi araşdırmanın aparılmasını tələb edib.

Bizimyol.info xəbər verir ki, "haberturk"ün verdiyi məlumata görə, Prezidentin vəkili Dos. Hüseyn Aydın Ankara Baş Prokurorluğuna yazılı müraciət edib.

Vəkil qeyd edir ki, müraciətdə siyasi cinayətlərin törədiləcəyi ilə bağlı CHP sədri Kamal Kılıçdaroğlu, İYİ partiya başçısı Meral Akşener və bu partiyaların bəzi nümayəndələrinin tərəfindən xalqa doğru olmayan, uydurma açıqlamalar verdikləri qeyd edilir.

"Türkiyədə son illərdə bəzi siyasi cinayətlərin törədildiyi və bu cinayətlərlə birliyimizi və həmrəyliyimizi hədəf alaraq sosial təxribat cəhdlərinin edildiyi bilinən həqiqətdir. Bu iddiaların ictimaiyyət arasında narahatlıq, qorxu və çaxnaşma yaratmaq məqsədi ilə bəzi məsuliyyətsiz şəxsəlr tərəfindən gündəmə gətirildiyi müşahidə edilir. Məsələyə aydınlıq gətirmək üçün sözügedən iddialarla əlaqədar lazımi araşdırmanın aparılması, iddianı doğruluğunu təsdiq edən məlumatların, sənədlərin və sübutların aşkarlamasını tələb edirik. İddiaçıların məlumatlarının sübuta yetəcəyi təqdirdə günahkarlar haqqında lazımi qanuni tədbirlərin görülməsunin vacib olduğunu bildiririk", - deyə ərizədə bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »