Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” - AEL matçının hakimləri açıqlandı
“Qarabağ” - AEL matçının hakimləri açıqlandı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona bu işdə Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karl Kopper yerinə yetirəcək.

Qeyd edək ki, 40 yaşlı referi ikinci dəfə "Qarabağ"ın avrokubok matçına təyinat alıb. Kristo Tohver 2019/2020 mövsümündə Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə ev matçını (1:1) idarə edib. Həmin görüşdə estoniyalı referi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevə qırmızı vərəqə göstərib.

Xatırladaq ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər
Bütün xəbərlər »