Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyanın hava hücumundan müdafiəsi İsrailin Dəməşqə hücumununun qarşısını alıb
Suriyanın hava hücumundan müdafiəsi İsrailin Dəməşqə hücumununun qarşısını alıb

İsrailin Dəməşqin ətrafına raket hücumunu Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "SANA" agentliyinə Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi məlumat verib.

“İsrail ordusu yerli vaxtla saat 03:20-də Dəməşqin ətrafına aqressiv hücum həyata keçirib. Düşmən aviasiyası işğal altındakı Qolan təpələrindən raketlər ataraq paytaxtın cənubundakı bəzi nöqtələrə zərbələr endirib. Hava hücumundan müdafiə qüvvələrimiz hava hədəflərinə atəş açıb, bir neçə raketi vurub”, - deyə Suriyanın hərbi nümayəndənin bəyanatında qeyd edilib.

Mətndə deyilir ki, hücum bəzi obyektlərə maddi ziyana vurub.

İsrailin Dəməşqə sonuncu hücumu mayın 3-də səkkiz suriyalı əsgərin yaralanması ilə başlayıb.

Dubaydan yayımlanan “Al Hadath” telekanalının məlumatına görə, Dəməşq Beynəlxalq Hava Limanının cənub-qərbində yerləşən şiə Hizbullah milislərinin bazası hava hücumlarına məruz qalıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »