Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna PUA-ları Rusiyada neft bazasına zərbə vurub
Ukrayna PUA-ları Rusiyada neft bazasına zərbə vurub

"Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarında Anapa yaxınlığındakı neft anbarına hücum etməyə cəhd edib. Yanğın baş verib".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Çərşənbədən cümə axşamına keçən gecə Kiyev rejimi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək mülki obyektə - Anapa yaxınlığındakı Yurovka kəndindəki neft anbarına hücum etməyə cəhd edib. Anapanın EDDS (Vahid Növbətçi Dispetçer Xidməti) məlumatına görə, altıya yaxın PUA-nın qarşısı alınıb”, - deyə "Telegram" kanalında yayılan məlumatda qeyd edilib.

Əməliyyat qərargahı aydınlaşdırıb ki, bir neçə pilotsuz uçan aparat neft bazasının ərazisinə düşüb, nəticədə yanğın olub. Birneçə neft çəni zədələnib. Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 25 nəfəri və 7 texnikası da daxil olmaqla 62 nəfər və 20 texnika cəlb olunub.

Anapa şəhərinin meri Vasili Şvets hadisə yerindədir və hadisənin nəticələrinin aradan qaldırılmasına şəxsən nəzarət edir. “Dronların hücumu nəticəsində ölən və yaralanan olmayıb”, - deyə o, meriyanın Telegram kanalında bildirib.

Yanğına dördüncü mürəkkəblik dərəcəsi verildiyi dəqiqləşdirilir. Əməliyyat qərargahı cəlb olunub və yanğının söndürülməsi davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »