Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağır atmosferə malik Super Planet kəşf edilib
Ağır atmosferə malik Super Planet kəşf edilib

Günəş sistemində 41 işıq ili uzaqlıqdakı Yerdən iki dəfə böyük olan planetin ətrafında qalın atmosfer aşkar edilib. Ancaq planetin həyat üçün uyğun olmadığı düşünülür.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "55 Cancri e" kimi tanınan super-Planet, karbon dioksid və karbonmonoksit örtüyü ilə örtülmüş, əhəmiyyətli bir atmosferə malik günəş sistemimizdən kənarda olan bir neçə qayalı planetlərdən biridir.

Dəqiq həcm bəlli deyil. Planetin atmosferi azot, oksigen, arqon və digər qazların qarışığından ibarətdir.

Kanzas Universitetində ekzoplanetləri araşdıran astronom Yan Krossfild: "Bu, yəqin ki, bu planetin atmosferə malik olduğuna dair ən tutarlı sübutdur", - deyə bildirib.

Super-Dünyanın bir planetin ölçüsünə aiddir; "55 Cancri e" Yerdən böyükdür, lakin Neptundan kiçikdir.

Bu planetdə qaynama temperaturu 2300 dərəcə Selsiyə çata bilər ki, bu da planetdə həyatın yaşaması ehtimalının az olması deməkdir. Bunun əvəzinə, elm adamları bu kəşfin daha qonaqpərvər ola biləcək ağır atmosferə malik başqa qayalıq planetlərin ola biləcəyinə dair ümidverici bir əlamət olduğunu söyləyirlər.

"41 işıq ili uzaqlıqdakı ekzoplanet Yerdən səkkiz dəfə böyükdür və səthi maqma okeanları ilə örtülüdür", - deyə qeyd edilən araşdırma "Nature" jurnalında dərc olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »