Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu İordan çayının qərb sahilində bir neçə şəhərə basqın edib
İsrail ordusu İordan çayının qərb sahilində bir neçə şəhərə basqın edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində bir çox şəhərlərə təşkil etdiyi reydlər zamanı bir fələstinlini yaralayıb, çoxlu sayda insanı həbs edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalında Cenin yaxınlığında yerləşən Kubatiye və əl-Şuheda qəsəbələrinə basqın edərək fələstinlilərin evlərinə zorla daxil olaraq axtarış aparıblar.

Basqına reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaranıb və ən azı 3 fələstinlinin nəzarətə alındığı bildirilib. İsrail əsgərlərinin əsl güllələrdən istifadə etdiyi basqın zamanı qarnından yaralanan bir fələstinlinin Cenin Dövlət Xəstəxanasına aparıldığı barədə məlumatda qeyd edilib.

Çoxlu sayda hərbi maşınla Qalkilyə şəhərinə daxil olan İsrail qüvvələri Kefr Seba məhəlləsinə basqın edərək fələstinlilərin evlərinə zorla daxil olaraq axtarış aparıb. Hadisə şahidləri Kefr Sebada evlərin damına snayperlər yerləşdirən İsrail ordusunun məhəllədəki bir fələstinlini hədəfə aldığını bildirib.

Qeyd edilib ki, İsrail qüvvələri Yerixo, Ramallah və Hebron şəhərlərində bir çox məhəllələrə basqın edərək çoxlu sayda fələstinlini həbs edib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 497 fələstinli həyatını itirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »